Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO

Sosial media fenomeni Dilan Polatnin ailəsinə yaxın şəxs olan Can Polatın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb. Milli.Az xəbər verir ki, ailənin təhlükəsizliyinin təmin olunmasında iştirak edən və yaxın qohumlarından biri olan Can Polat silahlı insident nəticəsində həyatını itirib. Hadisədən sonra Can Polatın son saatlarda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Kadrlar qısa zamanda internet istifadəçilərinin diqqətini cəlb edib. Hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində hadisədə şübhəli bilinən 2003-cü il təvəllüdlü S.A. saxlanılıb. Bildirilir ki, şübhəli şəxsin üzərindən cinayətdə istifadə olunduğu ehtimal edilən silah da götürülüb. Məlumata əsasən, Can Polat ailəli olub və dörd qız övladı atası idi. Hadisə Türkiyə ictimaiyyətində böyük rezonans doğurub. Faktla bağlı istintaq tədbirləri davam etdirilir və hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Hüseyn Milli.Az