Halk Hoqa bu səbəbdən ölübmüş
Amerikalı aktyor və idmançı Halk Hoqan 2025-ci ilin iyulunda təbii səbəblərdən vəfat edib. Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Nyu York Post qəzeti yerli polisə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanları 11 ay ərzində araşdırma aparıb, lakin zorakı ölümə dair heç bir sübut aşkar edə bilməyib. Nəşr qeyd edib ki, məşhur restler çox sayda əməliyyatdan sonra ağır vəziyyətdə olub. Ölüm günü həyat yoldaşı Hoqanın nəfəs almağı dayandırdığını fərq edib və təcili yardım çağırıb. Sonradan həkimlər ölümü təsdiq ediblər. Hoqan (əsl adı Terri Cin Bollea) restler karyerasına 1977-ci ildə başlayıb. O, dünya miqyasında tanınıb və dəfələrlə nüfuzlu titullar qazanıb. Bundan əlavə, Hoqan uğurlu aktyorluq karyerasına sahib olub. Onun ilk rolu "Rokki 3" filmində restler "Tanderlips"in obrazı olub. Sonradan o, "Şəhərətrafından komando", "Cənab dayə" kimi filmlərdə, həmçinin "Malibu xilaskarları" da daxil olmaqla, bir sıra televiziya şousunda çəkilib. Milli.Az

Şərh verin