Əhaliyə silah paylanıldı: ABŞ-nin hücumuna HAZIRLAŞIRLAR
Kuba əhalini mümkün ABŞ işğalına hazırlaşmağa çağıraraq mülki şəxslərə silah paylamağa başlayıb. Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Version Final" nəşri məlumat yayıb. Məlumata görə, bu addımlar ada ətrafında gərginliyin artması və ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi ilə əlaqələndirilir. CNN müxbiri Patrik Oppman bildirir ki, mümkün hərbi ssenariyə hazırlıq artıq Havanada gündəlik həyata təsir göstərib. Dövlət qurumları və təşkilatları fövqəladə vəziyyət və hərbi əməliyyatları müzakirə ediblər. Milli.Az

Şərh verin