Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO

Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onlar, həmçinin "AGF Trophy" kubokunun da qalibi olublar. Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Milli.Az