Paşinyanın partiyası seçkilərdə qalib gəldi — Yenilənib

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası  yayıb. Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir. Bununla yanaşı, “Güclü Ermənistan” bloku  23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb. Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. Seçkilərdə 16 partiya və 2 blok iştirak edib. *** 09:00-a olan məlumata görə, Ermənistan MSK 1963 seçki məntəqəsinin səslərini hesablayıb. Yeni nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,83 faizini toplayıb və liderliyini qoruyur. “Güclü Ermənistan” bloku 23,35%, “Ermənistan” bloku 9,93%, “Çiçəklənən Ermənistan” partiyası isə 3,98% səs toplayıb. *** Ermənistan MSK bütün seçki məntəqələrindəki bülletenləri hesablayıb. İlkin nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası 49,81%, “Güclü Ermənistan” bloku 23,29%, “Ermənistan” bloku 9,94%, “Çiçəklənən Ermənistan” partiyası isə 4% səs toplayıb. Bununla da, parlamentdə hər 4 siyasi qüvvənin təmsil olunacağı dəqiqləşib. Siyasi qüvvələrin qazandığı mandatlar aşağıdakı kimi bölüşdürüləcək: “Vətəndaş müqaviləsi” partiyası - 61 mandat “Güclü Ermənistan” bloku - 28 mandat “Ermənistan” bloku - 11 mandat “Çiçəklənən Ermənistan” partiyası - 5 mandat. 4 ən böyük milli azlıq üçün nəzərdə tutulan 4 mandatdan üçü Baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasına, biri isə “Güclü Ermənistan” blokuna düşüb.