Arazda batan yeniyetmənin meyiti TAPILDI
7 iyun 2026-cı il tarixində Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata əsasən, onun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Milli.Az

Şərh verin