Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO

57 yaşlı müğənni Mark Entoni ilə həyat yoldaşı, 26 yaşlı "Miss Paraqvay 2021 gözəli" Nadya Ferreyra məclis təşkil edib. Milli.Az xəbər verir ki, ifaçı hələ dünyaya gəlməmiş 8-ci övladının şərəfinə yaxınlarını bir araya toplayıb. Cütlük qızlarının olacağını elan ediblər. Qeyd edək ki, Entoninin müğənni-aktrisa Cennifer Lopeslə nikahından 2008-ci ildə Maks və Emmi adlı əkiz övladları dünyaya gəlib. Nadiya Ferreyra ilə evliliyi ifaçının dördüncü nikahıdır. Entoni Nadiya ilə 2023-cü ildə ailə qurub və elə həmin il onların Marko adlı oğlu olub. Ümumilikdə Entoninin 7 övladı var. (Axşam.az) Milli.Az