Azərbaycan neftinin qiymətində geriləmə - Qiymət görün neçə dollara düşdü
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 4,82 ABŞ dolları və ya 4,82% ucuzlaşaraq 95,27 ABŞ dollarına enib. Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,72 dollar və ya 4,83% ucuzlaşaraq 92,95 ABŞ dolları təşkil edib. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,94 dollar və ya 6,78% azalaraq 67,87 dollar/barelə bərabər olub. Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,9 dollar və ya 4,97% azalaraq 93,76 dollar/barel təşkil edib. Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb. Milli.Az

Şərh verin