Filippindəki zəlzələdə ölənlərin sayı 53-ə çatıb

Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ölkənin Mülki Müdafiə idarəsindən bildirilib ki, zəlzələ nəticəsində 630 nəfər yaralanıb, 10-dan çox adam isə itkin düşüb. Yeraltı təkanlar zamanı 2500 evə ziyan dəyib, bunlardan 460-ı isə yerlə yeksan olub. Qeyd edək ki, bazar ertəsi səhər saatlarında qeydə alınan təbii fəlakət nəticəsində 145mindən çox insan zərər çəkib.