Qırğızıstanın keçmiş naziri indi kuryer işləyir - VİDEO
Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovın ABŞ-də kuryer kimi çalışdığı iddia olunur. Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda onun avtomobilə bağlamalar yüklədiyi görünür. Məlumata görə, keçmiş nazir hazırda ABŞ-nin Çikaqo şəhərində yaşayır və "Amazon" üçün kuryer işləyir. Bununla bağlı rəsmi açıqlama verilməyib. Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Koçkorov Qırğızıstanın Əmək və Sosial İnkişaf naziri təyin edilib. Daha sonra, 2020-ci ildə keçirilən seçkilərdə "Birimdik" partiyasını təmsil edərək parlamentə namizəd olub. O, 2020-ci ilin payızında ölkədə baş verən siyasi hadisələrdən sonra nazir vəzifəsindən uzaqlaşdırılıb. Fidan Milli.Az

Şərh verin