ABŞ İrana cavab zərbəsi endirdi
ABŞ Körfəzdə vurulan Amerika helikopterinə cavab olaraq İranın hərbi və müşahidə məntəqələrinə bir sıra zərbələr endirdiyini açıqlayıb. Milli.Az xəbər verir ki, ABŞ Hərbi Mərkəzi Komandanlığının (Centcom) məlumatına görə, Hörmüz boğazı yaxınlığında hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə stansiyaları və radar mərkəzləri hədəfə alınıb. ABŞ bazar ertəsi günü vurulan Apaçi helikopterinə görə hücumlarını "mütənasib cavab" adlandırıb, Sepah isə hücumları "qəddar" hesab edir. Qeyd edək ki, dünən ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.Hadisə zamanı helikopterdə olan iki ekipaj üzvü sağ şəkildə xilas edilib.ABŞ rəsmilərinin sözlərinə görə, İran helikopterə hücum etmək üçün drondan istifadə edib. Lakin adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, İran dronunun qəsdən hücum edib-etmədiyi bəlli deyil. Mehr Xəbər Agentliyi isə İranın vurulan təyyarəyə görə məsuliyyəti öz üzərinə götürmədiyini bildirib. Fidan

Şərh verin