Pakistan ordusuna məxsus helikopter qəzaya uğradı - Sağ qalan yoxdur
Pakistanın Müzəffərabad şəhəri yaxınlığında Mi-17 hərbi helikopteri qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, texniki nasazlıq nəticəsində baş verən qəzada göyərtədə olan bütün heyət üzvləri həlak olub. Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb edilib. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradılıb. Pakistan Ordusunun Baş Qərargah rəisi Seyid Asim Munir və Baş nazir Şehbaz Şərif faciə ilə bağlı başsağlığı verərək, həlak olan hərbçilərin ailələrinə səbir diləyiblər. Fidan

Şərh verin