Hakan Fidan Moskvaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Moskvaya işgüzar səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə açıqlayıb. Türkiyəli nazir Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirəcək. Səfər iyunun 17-nə qədər davam edəcək.