Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib. Bu barədə Milli.Az-a XİN-dən məlumat verilib. "Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib. Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir. Milli.Az