“Sünnət etdirdim” dedi, gündəm oldu — Video

“Arka Sokaklar” serialında “Rıza Baba” obrazı ilə tanınan Zafer Ergin səhhəti ilə bağlı suallara verdiyi cavabla diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, aktyor həyat yoldaşı Binnaz Erginlə birlikdə teatr tamaşasını izlədikdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, sağlamlığı ilə bağlı suala gözlənilməz və zarafat dolu bir cavab verərək, ətrafdakıları güldürüb. O, jurnalistlərin sualına “Sünnət etdirdim, desəydiniz, gətirərdim” sözləri ilə reaksiya verib. 83 yaşlı aktyorun bu ironik və zarafatcıl cavabı tədbirdə olan mətbuat nümayəndələri arasında gülüşə səbəb olub. Açıqlama qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İllərdir “Rıza Baba” obrazı ilə sərt və ciddi xarakter kimi tanınan Erginin bu fərqli üslubu izləyicilər tərəfindən maraqla qarşılanıb və müxtəlif reaksiyalara səbəb olub.