Göygöldə boğulan məktəblilərin meyiti tapıldı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisindəki süni göldə batan 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu Həsənovun və 2016-cı il təvəllüdlü Yusif Sərxan oğlu Nəsibovun meyitini aşkar edərək, sudan çıxarıblar. Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş. Milli.Az

Şərh verin