“Tam məsuliyyət onların üzərinə düşür”
İran hesab edir ki, ABŞ-nin zərbələrinin bərpası atəşkəsi mənasız edir. “Qafqazinfo” xəbər verir ki, bu haqda CNN İran rəsmilərinə istinadən məlumat yayıb. Telekanalın mənbələrinə görə, ABŞ-nin İrana son hücumları atəşkəs rejimini səmərəsiz edib. “Bu qeyri-qanuni və təhlükəli hərəkətlərin nəticələrinə görə tam məsuliyyət ABŞ və bu hərəkətlərdə iştirak edən, onlara yardım edən və ya yardım göstərən istənilən ölkənin üzərinə düşür”, - İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.

Şərh verin