Gəncədə qəza, xəsarət alanlar var — Fotolar
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı “VAZ 2107” markalı avtomobillə “Toyota” markalı maşın toqquşub. Nəticədə, Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Çərkəz Qasımov xəsarət alıb. Yaralı şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin