“Heydər Əliyevin qayıdışı olmasaydı, tarix başqa istiqamətdə cərəyan edərdi”

“Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın Heydər Əliyev tarixi şəxsiyyəti ilə birləşməsi ozamankı Azərbaycanın müstəqilliyini qoruyub saxlamasının ən həlledici məqamlarından biri idi”. “Qafqazinfo” xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında bildirib. “Buna görə də xalqımız Qurtuluş hadisəsini müasir Azərbaycan tarixinin ən əhəmiyyətli hadisələrindən biri kimi qeyd edir. Təbiidir ki, bu, Azərbaycanın 90-cı illərdə düşdüyü təlatümlü haldan Heydər Əliyevin müdrikliyi və iradəsi sayəsində qurtulması ilə əlaqədardır. Hamımız etiraf edirik ki, Heydər Əliyevin qayıdışı olmasaydı, Azərbaycanın tarixi tamam başqa istiqamətdə cərəyan edərdi və indiki nailiyyətlərimiz başqa formada reallığa çevrilmiş olardı. Qurtuluş məfkurəsi Azərbaycanın keçmişi deyil, eyni zamanda müasir bu günü və gələcəyidir”, - birinci vitse-spiker qeyd edib. Nuranə Daxilqızı