Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
"TikTok"da qeyri-etik informasiyalar yayan kişi saxlanılıb. Milli.Az xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib. Milli.Az

Şərh verin