“Ford” “KamAz”a çırpıldı: Ölən var - FOTO
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford Transit" markalı avtomobil "KamAz" markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə "Ford" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin