Şamaxıda Beynəlxalq Barbekü Festivalı başlayır — Video

Bu gün Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayır. “Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur. Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya. Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçiriləcək, pavilyonlarda isə müxtəlif ölkələrin mətbəxlərilə daha yaxından tanış olmaq imkanı yaradılacaq. Axşam saatlarında isə ziyarətçiləri musiqili proqram gözləyir. Festival 13-14 iyun tarixlərində saat 14:00-dan 20:00-dək davam edəcək.