62 yaşlı kişini maşın vurub öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən qəza olub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kənd ərazisində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi “VAZ” markalı avtomobillə həmkəndlisi, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub. O, dərhal xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin