Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi  AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev