İsveçrə son dəqiqələrdə qələbəni əldən verdi — Video
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün İsveçrə Qətərlə qarşılaşıb. “San Fransisko Bay Area” stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub. Bu qrupun Kanada – Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb. DÇ-2026 B qrupu İsvçerə – Qətər 1:1 Qollar: Embolo, 17-pen – Kuxi, 90+4

Şərh verin