Türkiyə mundiala məğlubiyyətlə start verdi - YENİLƏNİB
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha iki qarşılaşma keçirilib. Milli.Az xəbər verir ki, C qrupunda Şotlandiya millisi Haiti yığması ilə üz-üzə gəlib. Qarşılaşma şotlandların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. D qrupunda isə Türkiyə millisi Avstraliya seçməsi ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Avstraliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, qrupun digər oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlib. _____________ Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb. Milli.Az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun qarşılaşmasında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1. Matçın 27-ci dəqiqəsində Nestori İrankunda fərqlənib. _____________ Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ilk yarı başa çatıb. Milli.Az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun qarşılaşmasında Türkiyə millisi fasiləyə məğlub yollanıb - 0:1. Hesabdakı yeganə qolu 27-ci dəqiqədə Nestori İrankunda vurub. _____________ Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb. Milli.Az xəbər verir ki, D qrupunun matçında Avstraliya millisi önə keçib. 27-ci dəqiqədə Nestori İrankunda adını tabloya yazdırıb. ____________ Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə qarşılaşmasına start verilib. Milli.Az xəbər verir ki, D qrupunun oyunu "BC Place Vancouver" stadionunda keçirilir. Matçın baş hakimi venesuelalı FIFA referisi Xesus Valensueladır.

Şərh verin