Avstraliya-Türkiyə matçında “ən yaxşı oyunçu” seçildi
Nestori İrankunda 2026-cı il Dünya Çempionatının D qrupunun ilk turunda Türkiyəyə qarşı keçirilən matçda (2:0) ən yaxşı oyunçu seçilib. Milli.Az xəbər verir ki, 20 yaşlı hücumçu 27-ci dəqiqədə hesabı açaraq Avstraliyanı önə keçirdi və komandasının qələbəsində əsas rol oynadı. Bu qələbədən sonra Avstraliya 3 xalla qrupda, əlavə göstəricilərə görə ABŞ-dən sonra ikinci pillədə qərarlaşıb. Türkiyə isə top fərqinə görə Paraqvayı qabaqlayaraq üçüncü sıradadır.

Şərh verin