Konqoda Ebola halları artır: 700-dən çox yoluxma, 149 ölüm
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola qızdırması hallarının sayı 700-ü ötüb. Milli.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 710 yoluxma halı laboratoriyada təsdiqlənib. Xəstəlik nəticəsində 149 nəfər həyatını itirib. Bildirilib ki, virusdan ölüm nisbəti 21 faiz olaraq qiymətləndirilir.

Şərh verin