Putinin vəzifə verdiyi İradə Zeynalova üzləşdiyi çətinlikdən danışdı
Rusiyanın Mavrikidəki səfiri, keçmiş aparıcı İradə Zeynalova hazırkı işi barədə danışıb. Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, o, səfir vəzifəsində çalışmağın inanılmaz dərəcədə çətin olduğunu deyib. Diplomat daim müxtəlif çətinliklərlə üzləşdiyini vurğulayıb: "Həyatımda heç vaxt bu qədər uzun, bu qədər ağır və davamlı, nəfəs dərmədən işləməmişəm". Qeyd edək ki, İ.Zeynalova 2024-cü ilin sentyabr ayında Mavriki Respublikasına səfir təyin edilib. Bu fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Onun atası Aftandil İsabalı oğlu Zeynalov azərbaycanlıdır, anası Qalina Alekseyevna isə milliyətcə rusdur. Milli.Az

Şərh verin