Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim

Hazırda bir çox KİV mərhum ali dini lider Əli Xameneinin ABŞ-la danışıqların yolverilməzliyi ilə bağlı bəyanatlarını dərc edir. Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. Pezeşkianın sözlərinə görə, o, bir dəfə Əli Xamenei ilə bu məsələni şəxsən müzakirə edib: "O, layiqli şərtlərlə danışıqlar aparmağa və davam etdirməyə icazə verib". Milli.Az