“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Prezident Donald Trampla prezident seçkilərində namizədliyi məsələsini hələ müzakirə etmədiklərini bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu haqda “CBS News” telekanalına müsahibə verərkən danışıb. Vensin sözlərinə görə, o, hələ qəti qərar verməyib. Vitse-prezident bu məsələni builki aralıq seçkilərindən sonra həyat yoldaşı Uşa Vens ilə müzakirə edəcəyini bildirib. O bildirib ki, Prezident Donald Tramp onun qərarını dəstəkləyəcək: “Mən əminəm ki, ABŞ prezidenti mənim verəcəyim hər bir qərarı tam dəstəkləyəcək. Lakin biz hələlik bu barədə ətraflı danışmamışıq”, - deyə o qeyd edib.

Şərh verin