“Sabah” ÇL-də kimlə oynayacaq? — Bu gün müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah”ın də rəqibi bəlli olacaq. Azərbaycan təmsilçisi aşağıdakı komandalardan biri ilə qarşılaşacaq: - “Şemrok Rovers” (İrlandiya); - TNS (Uels); - “Vikinqur” (İslandiya); - “Larne” (Şimali İrlandiya); - “KuPS”(Finlandiya); - “Kayrat” (Qazaxıstan); - “Petrokub” (Moldova); - “Flora” (Estoniya); - “Linkoln” (Cəbəllütariq); - “Universitatya” (RUmıniya); - “Klaksvik” (Farer adaları); - “Drita” (Kosovo); - “Borats” (Bosniya və Herseqovina); - “Riqa” (Latviya). Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Şərh verin