Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli olur
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. “Qafqazinfo” xəbər verir ki, turnirin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. “Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir: - “Jilina” (Slovakiya); - “Voyvodina” (Serbiya); - “Universitatya Kluj” (Rumıniya); - “Alüminiy” (Sloveniya); - “Derri Siti” (İrlandiya); - “Vestri” (İslandiya) . Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Şərh verin