Elgiz İlhamə Quliyeva ilə son FOTOsunu yaydı
Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyevanı yad edib. Milli.Az xəbər verir ki, tele-aparıcı sosial şəbəkə hesabında sənətkarla birlikdə çəkilmiş son fotolarından birini paylaşaraq kövrək fikirlərini izləyiciləri ilə bölüşüb. Elgiz bildirib ki, həmin görüşdən qısa müddət sonra İlhamə Quliyeva dünyasını dəyişib. O, mərhum sənətçinin Azərbaycan musiqisində özünəməxsus yer tutduğunu vurğulayaraq, onun yoxluğunun bu gün də hiss olunduğunu qeyd edib. Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı xatirələrə səbəb olub. Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva 2016-cı ildə, 72 yaşında vəfat edib. Musa

Şərh verin