Sabah paytaxtda və rayonlarda neçə dərəcə isti olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz isə 29-34° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-60% təşkil edəcək. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 19-22°, gündüz 30-35°, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 16-20°, bəzi yerlərdə 23-28° isti olacaq.