ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü

ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasının yaxınlığında "B-52 Stratofortress" strateji bombardmançısı qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 8 nəfərin hamısı həyatını itirib. Məlumata görə, bombardmançı planlaşdırılmış sınaq uçuşunu həyata keçirmək üçün havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə Kaliforniya ştatındakı Mojave səhrasında, Los-Anceles şəhərindən təxminən 160 kilometr şimalda baş verib. Hazırda qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Fidan