Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb

"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger komandanın yeni baş məşqçisi Joze Mourinyo haqqında fikirlərini bölüşüb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki,  portuqaliyalı məşqçi 13 il sonra "Real Madrid"ə qayıdıb. "Mourinyo kimi məşqçi gerçəkləşən bir xəyaldır. Mən onunla işləməyə hazıram", - deyə "Madrid Zone" Rüdigerdən sitat gətirib. Mourinyo bu ilin yanvar ayında Xabi Alonsonun istefasından sonra kluba qoşulan Alvaro Arbeloanı əvəz edib. "Benfika"nın məşqçisi "Los Blancos"la 2029-cu ilin ortalarına qədər müqavilə imzalayıb. Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"in baş məşqçisi olub. Bu müddət ərzində o, komandanı İspaniya liqasının tituluna, eləcə də İspaniya Kuboku və Super Kubokuna gətirib çıxarıb.