DÇ-yə görə ölkədə iş saatını dəyişdilər

İraq milli komandasının 2026-cı il dünya çempionatında oyunu ilə əlaqədar olaraq iş gününün başlanğıcını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu haqda INA məlumat yayıb. Bildirilir ki, iş gününün başlanmasını səhər saat 10:00-a keçirmək qərarı İraqın dünya çempionatında ilk oyununu iyunun 16-dan 17-nə keçən gecə keçirəcəyi üçün verilib. Komanda Norveçlə qarşılaşacaq.