Fransa DÇ-yə qələbə ilə başladı — Video-Yenilənib
Dünya çempionatının qrup mərhələsinin matçları davam edir. “Qafqazinfo” xəbər verir ki, favoritlərdən Fransa bu gün ilk oyununa çıxacaq. Didye Deşamın komandası Seneqalla üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq. Dünya çempionatı Birinci tur 23:00. Fransa - Seneqal *** Komandaların start heyətləri bəlli olub: Fransa: 16 Mayk Menyan, 4 Dayot Upamekano, 5 Jül Kunde, 17 Vilyam Saliba, 19 Teo Ernandes, 8 Orelien Tçuameni, 14 Adrien Rabio, 7 Usman Dembele, 10 Kilian Mbappe, 11 Maykl Olise, 20 Dezire Due Ehtiyat oyunçular: 1 Bris Samba, 23 Robin Risser, 2 Malo Qusto, 3 Lukas Din, 15 İbrahima Konate, 21 Lukas Ernandes, 26 Maksans Lakrua, 6 Manu Kone, 13 Nqolo Kante, 18 Varren Zair-Emeri, 24 Rayan Şerki, 25 Maqnes Akliuş, 9 Markus Türam, 12 Bredli Barkola, 22 Jan-Filip Mateta Seneqal: 16 Eduar Mendi, 3 Kalidu Kulibali, 15 Krepin Diatta, 19 Mussa Niakate, 25 Əl-Hacı Malik Diuf, 5 İdrissa Qana Qey, 8 Lamin Kamara, 26 Pap Qey, 10 Sadio Mane, 11 Nikolas Cekson, 18 İsmaila Sarr Ehtiyat oyunçular: 1 Yevan Diuf, 23 Mori Diav, 2 Mamadu Sarr, 4 Abdulaye Sek, 14 İsmayıl Yakobs, 24 Antuan Mendi, 6 Pate Siss, 17 Pap Matar Sarr, 21 Habib Diarra, 22 Bara Sapoko Ndiay, 7 Assan Diao, 9 Bamba Dienq, 12 Şerif Ndiay, 13 İliman Ndiay, 20 İbrahim Mbaye *** Matç başladı. *** Fasilə. *** İkinci hissə başladı. *** Kilian Mbappe 66-cı dəqiqədə hesabı açır. *** Nikolas Cekson 68-ci dəqiqədə tarazlığı bərpa etsə də, ofsayd səbəbindən qol qeydə alınmır. *** Bredli Barkola 82-ci dəqiqədə fərqi artırır. *** 90+5-ci dəqiqədə İbrahima Mbaye fərqi azaldır. *** 90+6-cı dəqiqədə Kilian Mbappe dubla imza atır. *** Matç Fransanın 3:1 hesablı qələbəsi ilə başa çatır.

Şərh verin