Böyükşor yolunda zəncirvari qəza: Yük maşını aşdı, su qabları yola səpələndi

Bakının Böyükşor yolu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. İlkin məlumata əsasən, hərəkətdə olan "Iveco" markalı yük avtomobili "Changan" markalı minik maşını ilə toqquşub. Güclü zərbədən sonra idarəetməni itirən yük maşını qarşı hərəkət zolağına çıxaraq "Ford Fusion" markalı digər avtomobilə çırpılıb. Qəza nəticəsində yük avtomobili aşıb, yük hissəsində daşınan su qabları yolun hərəkət hissəsinə səpələnib. Hadisə zamanı xəsarət alanların və ya ölənlərin olub-olmaması hələlik açıqlanmayıb. Faktla bağlı aidiyyəti qurumlardan rəsmi məlumat gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)