Bakıda evində təmir işləri görən 62 yaşlı sakini elektrik cərəyanı vuraraq öldürdü
Bakının Maştağa qəsəbəsində bədbəxt hadisə baş verib. Milli.Az xəbər verir ki, qəsəbə sakini, 1964-cü il təvəllüdlü Fərrux Cavadov evində elektrik naqilində yaranmış nasazlığı aradan qaldırmağa çalışarkən onu elektrik cərəyanı vurub. Ağır xəsarətlər alan 62 yaşlı kişi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğu tərəfindən müəyyənləşdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin