“Xocəsən gölü” daşdı, evlər suyun içində qaldı — Video

Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən “Xocəsən gölü”nün həcmi artaraq daşıb. “Qafqazinfo” xəbər verir ki, nəticədə gölün ətrafında yerləşən bir sıra evlər və həyətlər suya qərq olub. Sakinlər iddia edirlər ki, “Xocəsən gölü”nün qabağı tutulduğundan, yağış suları gölün səviyyəsini artırır. “2-3 aydır əziyyət çəkirik. Haraya da zəng edirik gəlib baxan yoxdur. Uşaqlar xəstəlik tapıblar. Heyvanlarım çirkab suyun içində qalıblar. Məsələ ilə bağlı Xocəsən Bələdiyyəsindən bildirilib ki, gölün suyunun səviyyəsinin artma səbəbi Lökbatan gölü istiqamətinda axan xəttin həcminin kiçik olmasıdır. Bu səbəbdən də suyu tam ötürə bilmir. Məsələnin köklü sürətdə həll olunması üçün isə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları Şıx istiqamətinə yeraltı tunel vasitəsilə kanalizasiya xətti çəkirlər. Sahil qəsəbəsi ərazisində təmizləyici qurğu quraşdırılır. Bu qurğular vasitəsilə “Xocəsən gölü” və “Lökbatan gölü” nün çirkab suyu təmizlənərək, Xəzər dənizinə töküləcək. Xocəsən ərazisində aparılan tikintinin isə gölə heç bir aidiyyəti olmadığı bildirildi. Daha ətraflı “Xəzər TV”nin süjetində: