DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı - VİDEO

Dünya çempionatında J qrupunun növbəti qarşılaşması baş tutub. Milli.Az xəbər verir ki, Argentina millisi Əlcəzair yığması ilə üz-üzə gəlib. Kanzas stadionunda keçirilən görüş Cənubi Amerika təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 3:0 olub. Argentina komandasının bütün qollarını kapitan Lionel Messi vuraraq görüşün əsas qəhrəmanına çevrilib. Beləliklə, argentinalılar qrup mərhələsində vacib üç xal qazanıblar. Qeyd edək ki, J qrupunda daha bir qarşılaşma Avstriya və İordaniya milliləri arasında keçiriləcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)