Trampdan İrana növbəti təhdid: 'Başlarına bomba yağdıracağam'"
Əgər İranla Anlaşma Memorandumunun müddəalarından razı qalmasam, İran ərazisinə zərbələri bərpa edəcəyəm. Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı deyib. "Bu Anlaşma Memorandumudur. Bəyənməsəm, onları vurmağa davam edəcəyəm, başlarına bomba yağdıracağam", - Tramp vurğulayıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin