Kevin Medina “Qarabağ”dan getdi — Rəsmi

“Qarabağ” Kevin Medina ilə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Qeyd edək ki, K.Medina 2020-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 200-dən çox oyuna çıxıb, 6 dəfə rəqib qapılarına yol tapıb.