Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir. Milli.Az xəbər verir ki, K qrupunda Portuqaliya millisi Konqo DR-lə qarşılaşıb. Görüşə Bakı vaxtı ilə iyunun 17-də saat 21:00-da start verilib. Portuqaliya oyuna qolla başlayıb. 6-cı dəqiqədə Netonun ötürməsindən sonra 1.74-lük Joao Neveş topu başla qapıdan keçirib. İlk hissənin sonlarında Konqo DR hesabı bərabərləşdirib. Masuakunun məhsuldar ötürməsindən sonra Vissa başla dəqiq oynayıb. Oyunda başqa qol vurulmayıb və görüş 1:1-lik bərabərliklə başa çatıb. Bu qarşılaşma K qrupunun ilk turu çərçivəsində baş tutur. Qrupun digər oyununda isə Özbəkistan Kolumbiya ilə üz-üzə gələcək. DÇ-2026 K qrupu 17 iyun 21:00. Portuqaliya - Konqo DR 1:1 Qol: J. Neveş, 6, Vissa, 45+5 Portuqaliya: Diogo Kosta, Kanselo, Arauxo, Veyqa, Nunu Mendeş, Joao Neveş, Vitinya, Bernardo Silva, Bruno Fernandeş, Pedro Neto, Kriştiano Ronaldo. DR Konqo: Mpasi-Nzau, Masuaku, Kapuadi, Tuanzebe, Mbemba, Van-Bissaka, Kayembe, Mukau, Moutoussami, Vissa, Bakambu. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)