Meyiti avtomobilində tapıldı

Bakıda 45 yaşlı kişi avtomobilində ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, iyunun 17-si saat 01 radələrində 1981-ci il təvəllüdlü Binəqədi qəsəbə sakini Zahidu Aslanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus “Mercedes” markalı avtomobildə tapılıb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.