TƏBİB sədrinə yeni müşavir təyin edildi — Foto

TƏBİB-in icraçı direktoru Anar Bayramova yeni müşavir təyin olunub. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova gətirilib. O, hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib. Qeyd edək ki, Anar Bayramov bu ilin aprel ayında TƏBİB-in icraçı direktoru təyin edilib.