Brejnevin nəticəsi Ukraynada əsir düşdü
Keçmiş SSRİ rəhbəri Leonid Brejnevin ailə üzvlərindən biri ilə bağlı diqqətçəkən məlumat yayılıb. Milli.Az xəbər verir ki, məlumata görə, sovet liderinin qızı Qalina Brejnevanın ögey nəvəsi hesab olunan Anton Milayev Rusiya-Ukrayna müharibəsi zamanı əsir düşüb. Rusiya mənbələrinin bildirdiyinə görə, 45 yaşlı Anton Milayev 2025-ci ilin payızında hərbi xidmətə cəlb olunaraq mühəndis-istehkamçı və minaaxtaran kimi cəbhəyə göndərilib. Lakin həmin ilin noyabr ayında onunla əlaqə kəsilib və ailəsi uzun müddət onun taleyi barədə məlumat ala bilməyib. Milayevin anası İrina Kuznetsova sonradan oğlunun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson vilayəti ərazisində əsir saxlanıldığı barədə məlumat əldə etdiklərini bildirib. Qeyd olunur ki, Anton Milayev peşəkar sirk artistidir və Brejnevin qızı Qalina Brejnevanın övladlığa götürdüyü nəvəsi kimi tanınır. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin