Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - Proqnoz

Azərbaycanda iyunun 18-də hava şəraitinin əsasən isti və yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Cənub-şərq küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə saatlarında 20-23, gündüz isə 31-36 dərəcə isti olacaq. Rayonlarda da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı ərazilərdə yağışın intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə oluna bilər. Ölkə ərazisində havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 27-30 dərəcəyədək isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)